Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Aprel 2013 - №14

 

Peşə Seçiminə Dəstək Sistemi fəaliyyətdədir

 

İnsanın həyatının  ən mürəkkəb və ən önəmli mərhələlərindən biri peşə və sənət seçimidir.  Bu mərhələnin nəinki fərdin gələcək həyatına, həmçinin ölkənin inkişafına böyük təsiri var.  Hazırda şagirdin hər hansı peşə və sənət haqqında məlumatsızlığı peşə seçimində ciddi problemlər yaradır. "Peşə Seçiminə Dəstək Sistemi" vasitəsi ilə vətəndaşlara ilk peşə-ixtisas təhsili müəssisələri, mövcud olan peşələr haqqında məlumat verilir. Bu sistem vasitəsi ilə vətəndaşlar elektron ərizə  formasını doldurmaqla hər hansı ilk peşə-ixtisas təhsili müəssisəsinə qəbul ola bilərlər. Artıq sistem işlənilib və istifadəyə hazırdır.  Sistemə psds.edu.az yazaraq daxil olmaq olar. Bu zaman aşağıda gördüyünüz səhifə açılır.

 

  Səhifədən göründüyü kimi, burada peşə ixtisasları, peşə təhsili müəssisələri haqqında məlumat almaq, şagird qəbulu bölümündə elektron ərizə doldurmaq, "Özünü tanı" bölümündə müəyyən sualları cavablandırmaqla daha düzgün seçim etmək, "CV yüklə" bölümündə "CV yükləmək" və "CV siyahısı" bolümündə iş adamları üçün siyahıya daxil olaraq müəssisələri üçün lazımi kadr potensialını seçmək imkanı yaradılmışdır. Sistem aşağıdakı məqsədlərə qulluq edir:

* ümumi və tam orta məktəb şagirdlərinə, həmçinin peşə təhsili almaq istəyən ali və orta ixtisas təhsilli məzunlara  peşə seçimlərində köməklik edərək təhsillərini hansı istiqamətdə davam etdirmələrinin məqsədəmüvafiq olacağını göstərir,

* fərdlərin təhsil müəssisələrini və peşələri tanıya bilməsi üçün şərait yaradır,

* şagirdlərin özlərinə uyğun və arzu etdikləri peşə liseylərinə asan və sürətli şəkildə müraciət etmələrini təmin edir,

* peşə liseyi şagirdlərinin öz CV-lərini daxil edə biləcəyi bir mühit yaradır və firmaların bu CV-lər bazasından istədikləri meyarlara uyğun gələn tələbələrlə əlaqə yaratmalarını təmin edir,

* seçimlərə və istiqamətlərə əsasən əldə edilən statistik məlumatların köməyi ilə təhsil siyasətinin və məşğulluq imkanlarının inkişaf etdirilməsini təmin edir.

"Özünü tanı", "CV" və "Şagird qəbulu" səhifələrinə daxil olmaq üçün sistemdə qeydiyyatdan keçmək lazımdır. Bunun üçün açılmış səhifədə yeni istifadəçi düyməsini sıxmaq lazımdır. Bu zaman belə bir səhifə açılır:

 

 Bu səhifədəki lazımi bölmələri doldurub "təsdiqlə" düyməsini sıxdıqdan sonra sistem sizin qeydiyyatdan keçməniz barədə məlumat verir və bundan sonra siz öz istifadəçi adınız və şifrənizlə sistemə daxil ola bilərsiniz.

Şagirdin hər hansı bir mövzuda doğru qərar verə bilməsi üçün əvvəlcə o nə kimi bacarıqlara sahib  olduğunu bilməli və nə istədiyini müəyyənləşdirməlidir.

Bunun üçün qabiliyyətləri və maraqları haqqında daha şəffaf və həqiqi məlumata sahib olmaq üçün şagird "Özünü tanı"  testindən  keçməlidir. Testdə təqdim olunan  170 suala cavab verdikdən sonra sistem şagirdə öz tövsiyələrini verir. Şagird ona sistem tərəfindən tövsiyə edilən peşə ixtisasının hansı peşə təhsili müəssisələrində olmasını "Peşə təhsili müəssisələri" bölümündən aydınlaşdıra bilər. Bu bölümdə təhsil müəssisələri haqqında ətraflı məlumatla tanış olmaq olar. Həmçinin şagird ona sistem tərəfindən tövsiyə edilən peşə ixtisası haqqında peşə ixtisasları bolümündə ətraflı cavab tapa bilər. Burada seçilmiş ixtisas qrupu, peşənin təsviri, vəzifələr, tələb olunan bacarıq və xüsusiyyətlər, iş mühiti və şərtləri, karyera imkanları barəsində ətraflı məlumat almaq mümkündür. PSDS sayəsində şagird həm peşəsinə, həm də peşə müəssisəsinə qərar vermiş olur. Sistem yalnız qərarvermə mərhələsində deyil, müraciət mərhələsində də xidmət göstərir.

Müraciət üçün "Şagird qəbulu" bölməsinə daxil olmaq lazımdır. Bu bölmə beş hissədən ibarətdir və birinci hissəyə şəxsi məlumatları, ikinci hissəyə isə əlaqə məlumatlarını daxil etmək lazımdır.

 

 Üçüncü hissəyə abituriyent məzun olduğu məktəb ilə əlaqədar məlumatlarını və təhsil sənədi haqqında məlumatlarını daxil edir. Sistem təhsil səviyyəsinə uyğun təhsil sənədinin adını avtomatik təyin edir. Bu hissə doldurulduqdan sonra aşağıda göstərilən dörd və beşinci hissələri doldurmaq lazımdır.

 

 Bu seçimlərə və bitirdiyi təhsil səviyyəsinə əsasən sistem avtomatik olaraq şagirdin oxuya biləcəyi təhsil müəssisələrinin siyahısını çıxarır. Sonuncu hissədə şagird sağlamlıq haqqında arayışını və məzun olduğu məktəbə aid təhsil sənədinin nümunəsini sistemə yükləyir və qeydiyyatını başa çatdırır.

Qeydiyyatın başa çatmasından sonra sistem şagirdin müraciət etdiyi təhsil müəssisəsinə bu barədə elektron məlumat göndərir.

Təhsil müəssisəsinin rəhbəri PSDS sistemi üzərindən ona gələn elektron poçtu  görür və şagirdin müraciətini araşdırmaq üçün sistemə daxil olur.

"Şagird müraciətləri" hissəsindən onun liseyinə müraciət edən şəxsləri lazımi meyarlara əsasən axtarır və müraciət məlumatlarını araşdırdıqdan sonra onlara zəng edərək sənədləri ilə birlikdə məktəbə dəvət edir və elektron  poçt ilə də məlumatlandırır.

Eyni zamanda Təhsil Nazirliyinin bu sahə üzrə səlahiyyətli nümayəndəsi  müəyyən dövrlərdə sistemə daxil olaraq müraciətlərlə əlaqədar hesabat qəbul edir, məktəblər ilə görüşərək müraciətləri izləyir və bu real faktlar əsasında rəhbərlik üçün hesabatlar hazırlayır. 

Peşə təhsili müəssisəsində  təhsilini müvəffəqiyyətlə başa vurmuş hər bir məzun sistemin imkanlarından istifadə edərək özü haqqında ətraflı məlumatı "CV yüklə" bölməsinə daxil olmaqla sistemdə yerləşdirə bilər. "CV yüklə" bölməsinə daxil olduqda aşağıdakı pəncərə açılır: 

 

 Bütün xanaları doldurduqdan sonra məzunun CV-si "CV siyahısı"na daxil olur.

İstənilən iş adamı "CV siyahısı" bölümünə daxil ola bilər. Bu zaman aşağıdakı pəncərə açılır: 

 

 İş adamı ona lazım olan işçini axtarmaq üçün yuxarıda görünən pəncərədə lazımi meyarları qeyd edir və "axtar" düyməsini sıxdıqda "CV siyahısı"nda göstərilən meyarlara uyğun namizədlərin siyahısı görünür. Namizədi dəqiqləşdirdikdən sonra iş adamı həmin namizədin CV-dəki əlaqə məlumatlarından istifadə edərək onu görüşə çağıra bilər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov