Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Aprel 2013 - №14

 

Azərbaycan Müəllimlər İnstitutunda "Biz səni ararıq" mövzusunda "dəyirmi masa"

 

Aprelin 15-də Azərbaycan Müəllimlər İnstitutunda dahi bəstəkar Fikrət Əmirovun 90 illik yubileyi ilə əlaqədar "Biz səni ararıq" mövzusunda "dəyirmi masa" keçirildi. İnstitutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı tədbiri giriş sözü ilə açaraq dahi bəstəkarın Azərbaycan mədəniyyətində böyük iz buraxdığını qeyd etdi. Rektor Prezident cənab İlham Əliyevin sərəncamı ilə musiqi və bəstəkarlıq sahəsi üzrə bir çox yeniliklərin, eləcə də yeni simfonik muğam janrının əsasını qoymuş Fikrət Əmirovun 90 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd olunduğunu bildirdi.

Tədbirdə Milli Konservatoriyanın nəzdində İncəsənət Gimnaziyasının müəllimi, kulturologiya üzrə fəlsəfə doktoru Hicran Sadıqzadə böyük bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edərək Fikrət Əmirovun XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından biri olduğunu vurğuladı. Onun simfonik muğamları və "Nizami" simfoniyası dünyanın ən məşhur dirijorlarının idarəsi ilə ifa olunub. Bəstəkarın yaratdığı yeni, simfonik muğam janrı "Şur", "Kürd Ovşarı" və "Gülüstan Bayatı-Şiraz" kimi dəyərli əsərlərdir.

İnstitutun Təhsildə İnnovasiya kabinetinin müdiri Dilguşə Süleymanova "Min bir gecə" və "Nəsimi" kimi baletlərin müəllifi olan F.Əmirovun həm də rəhbər vəzifələrdə də çalışdığını qeyd etdi. F.Əmirov C.Cabbarlının dramı əsasında yazdığı "Sevil" operası ilə Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoyub.

İnstitutun pedaqoji fakültəsinin I kurs tələbəsi Asiman Xəlillinin dahi bəstəkarın "Kor ərəbin  mahnısı" və "Mən səni araram" əsərlərini canlı ifa etməsi böyük maraqla qarşılandı. Sonra tələbələri maraqlandıran suallar cavablandırıldı, onların fikirləri dinlənildi.

Tədbirin sonunda isə Fikrət Əmirovun həyat və yaradıcılığından bəhs edən film nümayiş olundu.  

AMİ-nin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov