Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 May 2013 - №16

 

Təhsil Nazirliyində "Heydər Əliyev irsi və onun tədqiqi" mövzusunda sərgi təşkil olunmuşdur

 

Aprelin 29-da Təhsil Nazirliyində Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev irsi və onun tədqiqi" mövzusunda sərgi keçirilmişdir.

Sərgidə ulu öndərin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərindən bəhs edən kitablar nümayiş olunmuş, sənədli filmə tamaşa edilmişdir.

Tədbirdə Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, şöbə müdirləri və Mərkəzi Elmi Kitabxananın əməkdaşları iştirak etmişlər.

Qeyd olunmuşdur ki, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi baxımından belə tədbirlər mühüm əhəmiyyət kəsb edir. Sərgiyə olan maraq təhsil ictimaiyyətinin ümummilli liderə ehtiramının bariz nümunəsi kimi səciyyələndirilmiş, Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlərin ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində təntənə ilə keçirildiyi nəzərə çatdırılmışdır.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov