Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

Azərbaycan Texniki Universitetində keçirilmiş spartakiada başa çatmışdır

 

Azərbaycan Texniki Universitetində (AzTU) idmanın yeddi növü üzrə üç həftədən çox davam edən komanda və şəxsi birincilik yarışları başa çatmışdır.

AzTU-nun mətbuat xidmətindən bildirmişlər ki, universitetin 10 fakültəsinin tələbələri və bu ali məktəbin əməkdaşları arasında keçirilən, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yarışların qalibləri müəyyən edilmişdir.

Mayın 10-da keçirilmiş mükafatlandırılma mərasimində AzTU-nun rektoru, professor Havar Məmmədov komanda yarışlarında və şəxsi birincilikdə yüksək yer tutan idmançıları təbrik etmiş, onlara daha böyük uğurlar arzulamışdır. 

Qaliblərə AzTU-nun diplomları, üzərində ümummilli lider Heydər Əliyevin şəkli olan xatirə medalları, kuboklar təqdim edilmişdir.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov