Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də
Türkiyə Respublikasının milli təhsil naziri Nabi Avçının
başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli
dostluq və qardaşlıq münasibətlərinin bütün
istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurla
inkişaf etdiyi vurğulandı. Qəti əminlik ifadə olundu ki,
ölkələrimiz arasında təhsil sahəsində mövcud olan sıx
əməkdaşlıq əlaqələri gələcəkdə də uğurla inkişaf
edəcəkdir.
Görüşdə Türkiyə Respublikasının milli təhsil naziri Nabi
Avçının ölkəmizə səfərinin bu sahədə əməkdaşlığımızın
daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd
olundu.
AzərTAc |