Mayın 18-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində
yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə
Azərbaycan çempionatı keçirilmişdir.
Beynəlxalq Güləş Federasiyasının (FİLA) mövcud
qaydalarına əsasən təşkil olunan və şəxsi xarakter
daşıyan çempionatda respublikanın bütün bölgələrini
təmsil edən 1996-1997-ci illər təvəllüdlü idmançılar 10
çəki dərəcəsində mübarizə aparmışlar.
Yarışın ilk günü beş çəki dərəcəsi üzrə sərbəst
güləşçilər xalça üzərinə çıxmışlar. Maraqlı idman
mübarizəsi şəraitində keçən yarışda Sabutay Əmişov (42
kq), Mahir Əmiraslanov (50 kq), Məhəmmədəli Əliyev (58
kq), Əbdulmüslim Muxiddinov (69 kq) və Nurməhəmməd
Hacıyev (85 kq) fəxri kürsünün ən yüksək pilləsinə
qalxmışlar.
Yarışın əsas məqsədi ölkə ərazisində güləş idman növünün
təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət
göstərən idman təşkilatlarında təlim-məşq prosesini
təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq
yerlər tutmuş idmançıları yığma komandalara cəlb
etməkdir. |