Respublika Şahmat Mərkəzində 10 yaşa qədər uşaqlar
arasında şahmat üzrə Bakı birinciliyi başlamışdır.
Azərbaycan Şahmat Federasiyasından bildirmişlər ki,
çempionat İsveçrə sistemi üzrə doqquz turdan ibarətdir.
Yarışda 134 oğlan və 39 qız olmaqla, ümumilikdə, 173
şahmatçı qələbə uğrunda mübarizə aparır. Oğlanlar
arasında ilk beşliyə, qızlar arasında isə ilk dördlüyə
düşən şahmatçılar iyunun 4-də keçiriləcək Azərbaycan
çempionatına vəsiqə qazanacaqlar.
Yarış mayın 27-dək davam edəcəkdir. |