Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 May 2013 - №20

 

"Yay məktəbi" - işgüzar valideynlərin uşaqları üçün etdikləri düzgün seçim

 

Bu gün uşaqların asudə vaxtlarının səmərəli təşkili, əyləncə mərkəzlərində əylənmələri, incəsənətin, idmanın müxtəlif sahələri üzrə fəaliyyət göstərən dərnəklərdə məşğul olmaları valideynlərin diqqətdə saxladığı ən vacib məsələlərdən biridir. Artıq əksər valideynlər öz övladları üçün onları maraqlandıra biləcək, günlərini səmərəli keçirmələri üçün məkanlar soraqlaşıb arayırlar. Valideynlərin arzularını, istəklərini reallaşdıran, övladlarının günlərini şən və əyləncəli  keçirməsini təmin edən, eyni zamanda onların uşaqlarını tam arxayınlıqla etibar edə biləcəyi belə məkanlardan biri də Bakının Nərimanov rayonu ərazisində yerləşən "Buggy Bug" Tədris və İnkişaf Mərkəzidir. Elə mərkəzin təsisçisi və direktoru Aysu Bayramzadə ilə söhbətimiz də məhz rəhbərlik etdiyi məkanın fəaliyyəti, burada görülən işlər, yeniliklərlə bağlı oldu.

2011-ci ilin martından fəaliyyətə başlayan "Buggy Bug" Tədris və İnkişaf Mərkəzinin ilk addımlarının çox uğurlu olduğunu deyən Aysu xanım barada  uşaqlar üçün məktəbəqədər hazırlıq, ingilis, rus dilləri üzrə kursların, rəsm, musiqi, rəqs, eləcə də idmanın gimnastika, karate və şahmat növləri üzrə dərnəklərin fəaliyyət göstərdiyini bildirdi. Qeyd etdi ki, mərkəzdə həmçinin psixoloq və loqoped xidməti də valideynlərə təqdim olunur. 3-12 yaşlı uşaqlar üçün inkişafetdirici  məşğələlərin keçirilməsi, balacaların öz seçimlərinə uyğun müxtəlif dərnəklərdə məşğul olmaları onların hərtərəfli inkişafında, dünyagörüşlərinin formalaşmasında əhəmiyyətli rol oynayır. Mərkəzdə uşaqların keyfiyyətli təhsil alması, vaxtlarını maraqlı və əyləncəli keçirməsi ilə bağlı hər cür şərait yaradılmışdır. Burada 3 məşğələ,1 valideyn gözləmə otağı var. Yüksək tərtibatı ilə gözoxşayan, zövqlə hazırlanmış geniş zalda isə uşaqlar üçün bayram şənlikləri təşkil olunur. Mərkəzdə uşaqların ad günlərinin, həmçinin müxtəlif məktəb tədbirlərinin keçirilməsi ilə bağlı xidmətlər də təklif olunur. Tədris və İnkişaf Mərkəzində dərslər, məşğələlər yüksək biliyə və bacarığa malik müəllimlər tərəfindən aparılır. Mütəmadi olaraq uşaqların əl işlərindən ibarət sərgilər təşkil olunur ki, bu da onların istedadının, yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasında əhəmiyyətli rol oynayır.

Günbəgün xidmətlərini yeniləyən və təkmilləşdirən "Buggy Bug" Tədris və İnkişaf Mərkəzinin atdığı növbəti uğurlu addımlarından biri də "Yay məktəbi"nin fəaliyyət göstərməsidir. "Yay məktəbi" barədə bizə məlumat verən Aysu xanım bildirdi ki, artıq tədris ili başa çatır. Uşaqların yay tətili dövrü başlanır. Elə valideynlər var ki, onlar gərgin işləri ilə bağlı məzuniyyətə çıxa bilmirlər və öz uşaqlarının paytaxtdan çıxmamaq şərti ilə haradasa dincəlməsini, eyni zamanda vaxtlarını səmərəli keçirməsini istəyirlər. "Yay məktəbi" də məhz belə valideynləri düşünərək yaradılmışdır. Belə ki, iyun, iyul, avqust aylarında həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) adıçəkilən məktəbdə əsasən  5 yaşdan yuxarı uşaqların həm istirahəti, həm də inkişafı ilə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Yay tətili dövründə buranın uzunillik təcrübəyə malik, peşəkar müəllimləri məktəbdə verilən tapşırıqların yerinə yetirilməsində məktəblilərə yardımçı olacaqlar.  Uşaqlar həmçinin rəsm, rəqs, şahmat, gimnastika və karate məşğələlərində də iştirak etmək şansı əldə edə biləcəklər.

Artıq  "Yay məktəbi"nə sənəd qəbuluna başlanıldığını söyləyən Aysu Bayramzadə qeyd etdi ki, hər bir valideyn öz övladının yay tətilinin əyləncəli, maraqlı keçməsini, onların əqli və fiziki cəhətdən inkişaf etmiş və hazırlıqlı olmasını isəyirsə, bu mərkəzə müraciət edə bilər.

Bir sözlə,  "Yay məktəbi" işgüzar valideynlərin uşaqları üçün etdikləri düzgün seçimdir. Ümumiyyətlə isə "Buggy Bug" Tədris və İnkişaf Mərkəzinə uşaqlarını etibar edən valideynlər öz övladlarının qabiliyyətlərinin və yaradıcılıqlarının tam dolğun inkişaf etdirilməsinin şahidi olacaqlar.  

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov