Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 İyun 2013 - №23

 

Şamaxıda şahmat turnirinə yekun vurulmuşdur

 

9-14  iyun tarixlərində  Şamaxıda məktəbli şahmatçılar arasında rayon birinciliyi keçirilmişdir. Şamaxı şahmat məktəbində təşkil olunmuş turnir Milli Qurtuluş Gününə həsr edilmişdir. Turnir başlamazdan öncə iştirakçılar Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etmişlər. 

Turnirdə 72 şahmatçı İsveçrə sistemi üzrə mübarizə aparmışdır. 9 tur oynanılmış yarışda 5 yaş qrupu üzrə oğlanlar və qızlar arasında  qaliblər müəyyən edilmişdir.

Qızlar arasında müvafiq yaş qruplarında  Xədicə Əhmədova (8 yaş), şəhər 2 nömrəli tam orta məktəbin IV sinif şagirdi Nəzrin Əhmədova (10 yaş), Mədrəsə qəsəbə tam orta məktəbinin VI sinif şagirdi Səfiyyə Əlləzova (12 yaş), Şamaxı Avropa liseyinin VII sinif şagirdi İzzət Ağayeva (14 yaş), şəhər 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi İlahə Xudiyeva (16 yaş) qalib gələrək çempionluq sevinci yaşamışlar.

Oğlanlar arasında isə 2 nömrəli tam orta məktəbin II sinif şagirdi Mirəziz Babayev (8 yaş), 9 nömrəli tam orta məktəbin IV sinif şagirdi Mənsur Sərxanov (10 yaş), 1 nömrəli tam orta məktəbin VI  sinif şagirdı Cavanşir Məmmədov (12 yaş), şəhər 2 nömrəli  tam orta məktəbin VIII sinif şagirdi Saleh Abdulrəhmanov (14 yaş) və Mədrəsə qəsəbə tam orta məktəbinin X  sinif şagirdi Eldəniz Xəlilli 16 yaşlılar arasında qalib olmuşlar.

Qaliblərə və digər mükafatçılara diplomlar və mükafatlar verilmişdir.

Qeyd edək ki, bundan başqa Mənsur Sərxanov bu günlərdə Balakən şəhərində Respublika Gününə həsr olunmuş respublika şahmat turnirində də mükafatçılar sırasında olmuşdur. Mənsur Sərxanov və daha 4 şahmatçı 14-23 iyun tarixlərində Astara şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş respublika şahmat turnirində rayonumuzu təmsil edəcəklər.

Şahmatçılarımıza uğurlar arzulayırıq. 

Asif AĞAYEV,
respublikanın əməkdar müəllimi, fəxri bədən tərbiyəsi və idman işçisi

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov