Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 İyun 2013 - №23

 

Qaliblər mükafatlandırılmışlar

 

Respublika Şahmat Mərkəzində 8, 10, 12 yaşadək qızlar və oğlanlar arasında şahmat üzrə Azərbaycan birinciliyi keçirilmişdir. Dairəvi sistem üzrə keçirilən yarışlarda 72 nəfər idmançı (onlardan 36 nəfəri qızlardır) mübarizə aparmışdır ki, onlardan da 38 nəfər (19 nəfəri qızlar) Bakını təmsil etmişdir. Yarışların yekun nəticələrinə əsasən 8 yaşadək qızlar arasında I yeri Ayan Allahverdiyeva (Bakı - 1 nömrəli İOEUGŞDİM), II yeri Bikəxanım Behbudova (Quba), III yeri Nəzrin Həsənova (Bakı - "Neftçi" İSM), 8 yaşadək oğlanlar arasında I yeri Aydın Süleymanlı (Bakı - RİOEUGŞM), II yeri Sənan Əliyev (Bakı - RİOEUGŞM), III yeri Xəzər Babazadə (Biləsuvar), 10 yaşadək qızlar arasında I yeri Gövhər Beydullayeva (Bakı - HRŞDK), II yeri Mələk İsmayıl (Sumqayıt), III yeri Zeynəb İsmayılzadə (Mingəçevir), 10 yaşadək oğlanlar arasında I yeri Məhəmməd Muradlı (Bakı - 1 nömrəli İOEUGŞDİM), II yeri Əhməd Əhmədzadə (Bakı - 2 nömrəli UGŞİM), III yeri Fərid Mustafayev (Bakı - 1 nömrəli İOEUGŞDİM), 12 yaşadək qızlar arasında I yeri Xanım Balacayeva (Bakı - RİOEUGŞM), II yeri Nigar Mustafazadə (Bakı - RİOEUGŞM), III yeri Aytac Heydərova (Bakı - 2 nömrəli UGŞİM), 12 yaşadək oğlanlar arasında I yeri Vüqar Əsədli (Bakı - RİOEUGŞM), II yeri Andrey Mustafin (Bakı - 2 nömrəli UGŞİM), III yeri Abdulla Qədimbəyli (Bakı - 1 nömrəli İOEUGŞDİM) tutmuşlar.

Təntənəli bağlanış mərasimində Azərbaycan Şahmat Federasiyasının baş məşqçisi Fikrət Sideifzadə, yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat koordinatoru Salman Əbdülov və digər rəsmi şəxslər iştirak etmiş, qalibləri müvafiq dərəcəli diplomlar və medallarla təltif etmişlər. Yaş qrupları üzrə II yeri tutmuş idmançılar 28 sentyabr - 9 oktyabr tarixində Çernoqoriyada keçiriləcək Avropa birinciliyinə, I yeri tutmuş idmançılar isə dekabr ayında Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya birinciliyinə vəsiqə qazanmışlar. 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov