İyunun 28-də Azərbaycan Respublikasının təhsil naziri
Mikayıl Cabbarov Norveç Krallığının və Ukraynanın
ölkəmizdəki səfirləri ilə ikitərəfli görüşlər
keçirmişdir.
Görüşlərdə Norveç tərəfindən səfir Erlinq Şönsberq,
Ukrayna tərəfindən səfir Oleksandr Mişenko iştirak
etmişlər.
Görüşlər zamanı tərəflər ölkələrimiz arasında təhsil
sahəsində ikitərəfli əlaqələrin cari vəziyyəti və
əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi
aparmış, əməkdaşlığın hüquqi bazasının
möhkəmləndirilməsi və s. məsələləri müzakirə etmişlər. |