M.Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji
Universiteti Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT)
Universitetləri Şəbəkəsinə daxil edilib. Universitetlər
Şəbəkəsi Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin
və müşahidəçi ölkələrin 50 ali məktəbini birləşdirir.
Şəbəkə çərçivəsində kadr hazırlığı iştirakçı ölkələrin
mədəniyyət, elm, təhsil və iqtisadiyyat sahələri üzrə
prioritet istiqamətlərdə aparılır. Bunlar energetika,
nanotexnologiya, tikinti, maşınqayırma, ekologiya,
metallurgiya, nəqliyyat, tarix, pedaqogika, linqvistika,
informasiya texnologiyalarıdır.
Rusiya Təhsil və Elm Nazirliyinin reytinqinə uyğun
olaraq Başqırdıstan Dövlət Pedaqoji Universiteti ölkənin
liderlik edən səmərəli pedaqoji ali məktəbləri sırasında
yerləşir. Başqırdıstan baş nazirinin müavini Salavat
Saqitovun sözlərinə görə, ali məktəbin ŞƏT
universitetlərinin tərkibinə daxil olması BDPU-nun
imkanlarını genişləndirəcək və beynəlxalq səviyyədə
tanınmasını təmin edəcək ki, bu da respublikada elm və
təhsilin inkişafına şərait yaradacaq.
"Tələbələrin, aspirantların, alimlərin qarşılıqlı
mübadiləsinin genişləndirilməsi, müasir təhsil metodika
və texnologiyalarının tətbiqi Başqırdıstana qlobal
təhsil sisteminin bir hissəsi olmağa real imkan verir",
- deyə BDPU-nun rektoru, professor Rail Asadullin
bildirib.
O izah edib ki, ŞƏT Universitetləri proqramı üzrə təhsil
alan tələbə istənilən semestrdən öz təhsilini həmin
proqramı reallaşdıran baş xarici ali məktəbdə pulsuz
davam etdirmək imkanına malikdir. Nəticədə gənc oxumağa
başladığı ali məktəbin diplomun və ya qısa müddət
ərzində əlavə təhsil alıb həm də ŞƏT universitetlərinin
vahid diplomuna yiyələnir. Beləliklə, sistemdə
beynəlxalq standartlı ikili diplom almaq mexanizminin
əsası qoyulub.
"Uçitelskaya qazeta"dan
Hazırladı: Yusif ƏLİYEV |