Astarada Gənclər və İdman Nazirliyinin dəstəyi ilə
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı
tərəfindən "Gəzən kitabxana" adlı layihə həyata
keçirilmişdir. Mayın 13-dən başlanan bu aksiya indiyədək
Tovuz, Qazax, Quba rayonlarında da baş tutmuşdur.
Layihənin əsas məqsədi əhalinin asudə vaxtını səmərəli
təşkil etmək, onların kitaba və elektron qiraətə
marağını artırmaqdır.
"Gəzən kitabxana" layihəsi çərçivəsində üstüörtülü,
xüsusi yük maşınında səyyar fəaliyyət göstərən
kitabxanada 5 min kitab və 10 min elektron kitab vardır.
Bunlar bədii ədəbiyyat, tarix, elm və texnika,
mədəniyyət, idman, siyasət, iqtisadiyyat, uşaq
ədəbiyyatı və digər mövzularda müxtəlif yazıçı və
şairlərin əsərləridir.
Təhsil bölməsində isə uşaqlar, şagirdlər, ali və orta
ixtisas məktəblərinin tələbələri üçün dərsliklər və test
imtahanlarına aid kitablar vardır.
Məlumat üçün bildirək ki, bir həftə ərzində Astara
rayonunda 315 oxucu "Gəzən kitabxana"nın xidmətindən
yararlanmışdır.
Adıçəkilən layihənin həyata keçirildiyi növbəti rayon
Lənkəran olmuşdur.
Samirə KƏRİMOVA |