Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 Avqust 2013 - №31

 

Azərbaycanın yeniyetmə cüdoçuları Mayamidə qızıl və gümüş medal qazanmışlar

 

ABŞ-ın Mayami ştatında  keçirilən cüdo üzrə yeniyetmələr   arasında  dünya çempionatının ilk günündə Azərbaycan cüdoçuları  qələbə qazanaraq 1 qızıl və 1 gümüş medala  sahib çıxmışlar. Mayamidə dünyanın 91 ölkəsindən 608 yeniyetmə cüdoçu mübarizə aparmışdır. Əlli kiloqram çəki dərəcəsində N.Qurbanlı bütün rəqiblərindən güclü olaraq  komandamıza ilk qızıl medalı qazandırmışdır. Qızlar arasında  40 kiloqram çəki dərəcəsində L.Əliyeva yalnız Yaponiya təmsilçisindən geri qalaraq ikinci olmuş və gümüş melala layiq görülmüşdür. Qeyd edək ki, ilk dəfə  2009-cu, daha sonra 2011-ci illərdə keçirilmiş cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı artıq üçüncü dəfədir ki, baş tutur. Yeniyetmə cüdoçularımız ilk dəfədir ki, çempionatda medal qazanmışlar. Sevindirici haldır ki, artıq iki cüdoçumuz 2014-cü ildə  Çində keçiriləcək yeniyetmələrin Olimpiadasına  lisenziya qazanmışdır.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov