Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 Avqust 2013 - №31

 

Yeniyetmələr arasında "Gənc olimpiyaçılar" yarışı keçiriləcək

 

Azərbaycan Texniki Universitetinin idman sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr (1999-2000-ci illər təvəllüdlü) arasında "Gənc olimpiyaçılar" yarışı keçiriləcəkdir. Yarış avqust ayının 20-dən 23-dək davam edəcək. Bu yarışın keçirilməsində əsas məqsəd  Azərbaycan Güləş  Federasiyasının 1 nömrəli nümayəndəliyinin tərkibində fəaliyyət göstərən güləş klublarında sərbəst və yunan-Roma güləşi üzrə perspektivli idmançıların aşkarlanması, klub məşqçilərinin işinin qiymətləndirilməsidir. Yarışlar  10 çəki dərəcəsində keçiriləcəkdir. Yarışda 1 nömrəli nümayəndəlikdə fəaliyyət göstərən  "Azəri",  "Müşfiqabad", "Nardaran", "Cəngi", "Pirallahı", "Hövsan", "Bakı",  "Həyat"  və "Xəzri"  güləş klubları ilə yanaşı, əlavə komandaların da iştirakı nəzərdə tutulmuşdur. Avqustun 20-21-də sərbəst, 22-23-də isə yunan-Roma güləşi yarışları baş tutacaq.

Yarışlarda ilk üç yeri tutan komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, kubok və hədiyyələrlə mükafatlandırılacaqlar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov