Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət
büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara,
ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili
müəssisələrinin tələbələrinə və şagirdlərinə dövlət
qayğısını artırmaq və onların sosial müdafiəsini daha da
gücləndirmək məqsədilə
QƏRARA ALIRAM:
1. Dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan
doktorantlara, ali təhsil, orta ixtisas və ilk
peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və
şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin məbləği
artırılaraq aşağıdakı məbləğlərdə müəyyən edilsin:
1.1. Doktorantura pilləsi üzrə:
elmlər doktoru hazırlığı üzrə doktorantlara - 220 manat
fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 120 manat
1.2. Ali təhsil müəssisələrində:
adlı təqaüd alan tələbələrə - 120 manat
magistr pilləsi üzrə:
əla qiymətlərlə oxuyan tələbələrə - 105 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 85 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 55 manat
bakalavr pilləsi üzrə:
əla qiymətlərlə oxuyan tələbələrə - 95 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 80 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 50 manat
1.3. Orta ixtisas təhsili müəssisələrində:
əla qiymətlərlə oxuyan tələbələrə - 50 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 40 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 35 manat
1.4. İlk peşə-ixtisas təhsili müəssisələrinin
şagirdlərinə - 35 manat
2. Təqaüdlərin ödənilməsi dövlət büdcəsində həmin
məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata
keçirilsin.
3. "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk
peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və
şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 6
sentyabr tarixli 1085 nömrəli Sərəncamı (3-cü hissəsi
istisna olmaqla) ləğv edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Bu sərəncam 2013-cü il sentyabrın 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 avqust 2013-cü il |