Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Sentyabr 2013 - №37

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakının Buzovna qəsəbəsində 289 nömrəli körpələr evi-uşaq bağçası binasının
yenidənqurmadan sonra açılışında iştirak edib

 

Böyütmək üçün şəkili seçinSentyabrın 25-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində 289 nömrəli körpələr evi-uşaq bağçasının binasının yenidənqurmadan sonra açılışında iştirak etmişlər.

Mehriban xanım Əliyevaya və Leyla xanım Əliyevaya gül dəstələri təqdim edildi.

Azərbaycanın birinci xanımı bağça binasının əsaslı yenidənqurmadan əvvəlki vəziyyətini əks etdirən fotostendə baxdı.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, bu bağça 1976-cı ildən fəaliyyət göstərmiş və ötən illər ərzində heç vaxt əsaslı təmir olunmamışdır. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına uyğun olaraq burada əsaslı yenidənqurma işlərinə 2012-ci ildə başlanmışdır. Yenidənqurma işləri nəticəsində bu məktəbəqədər təhsil müəssisəsində uşaqlar üçün yüksək şərait yaradılmışdır.

Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, burada 2 yaşdan 6 yaşadək olan  120 uşağın təlim-tərbiyəsi ilə peşəkar mütəxəssislər məşğul olacaqdır. İkimərtəbəli bağçada 6  qrup vardır.

Mehriban xanım Əliyeva Buzovnadakı bağçaların sayı və oradakı vəziyyətlə maraqlandı. Məlumat verildi ki, qəsəbədəki altı bağçadan dördü artıq əsaslı təmir olunmuş və yenidən qurulmuşdur.  289 nömrəli məktəbəqədər təhsil müəssisəsində yaradılmış şərait də uşaqlara ən yüksək səviyyədə təlim-tərbiyə keçməyə geniş imkan verir. Bağçanın ətrafı abadlaşdırılmışdır.  

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov