Birinci
xanım Mehriban Əliyeva açılışda iştirak edib
Sentyabrın 26-da Bakının Səbail rayonunun Badamdar
qəsəbəsindəki 136 nömrəli körpələr evi-uşaq bağçasının
binası əsaslı yenidənqurmadan sonra açılmışdır.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı
Arzu Əliyeva açılışda iştirak etmişlər.
Mehriban xanım Əliyevaya və Arzu Əliyevaya gül dəstələri
təqdim edildi.
Azərbaycanın birinci xanımı binanın əvvəlki vəziyyətini
əks etdirən fotolara baxdı.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov
körpələr evi-uşaq bağçasında əsaslı təmirdən sonra
yaradılan şərait barədə Azərbaycanın birinci xanımı
Mehriban Əliyevaya məlumat verdi. Bildirildi ki, Heydər
Əliyev Fondunun təşəbbüsü ilə 2013-cü ilin iyununda
binada əsaslı yenidənqurma işlərinə başlanılmışdır.
Yenidənqurma işlərinin qısa vaxtda və yüksək keyfiyyətlə
həyata keçirilməsi üçün bütün lazımi tədbirlər
görülmüşdür. Nəticədə bu uşaq bağçasındakı şərait ən
müasir tələblərə uyğunlaşdırılmışdır.
Qeyd edildi ki, körpələr evi-uşaq bağçası 1969-cu ildə
inşa edilmiş və ötən illər ərzində heç vaxt əsaslı təmir
olunmamışdır. Bağça 3 korpusdan ibarətdir. Burada 2-6
yaş arası 8 qrupda 150 uşağın təlim-tərbiyəsi ilə 18
pedaqoji və 8 texniki işçi məşğul olur. Qrupların sayına
uyğun olaraq binadakı 28 otaq, həmçinin musiqi və oyun
zalları, tibb kabineti, mətbəx və yardımçı otaqlar bütün
zəruri avadanlıqla təchiz edilmişdir. Bağçanın
otaqlarının divarları, dəhlizlər uşaqların çox sevdiyi
nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilmişdir.
Heydər Əliyev Fondu tərəfindən bağçaya mebel dəstləri,
soyuducular, televizorlar, uşaq oyuncaqları və digər
zəruri əşyalar hədiyyə edilmişdir.
Bağçanın həyətində abadlıq işləri görülmüş, uşaqların
istirahəti üçün köşklər, əyləncə və idman qurğuları
quraşdırılmışdır. Həyətdə uşaqlara yol hərəkəti
qaydalarını öyrətmək məqsədi ilə xüsusi meydança
yaradılmışdır. Yeni layihəyə əsasən bağçanın hər 3
korpusunda əlavə dizayn işləri görülmüşdür.
AzərTAc |