Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Sentyabr 2013 - №37

 

Uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nizami rayonunda yaşayış binası inşa olunub

 

Böyütmək üçün şəkili seçinUşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nizami rayonunda inşa olunmuş yaşayış binası sentyabrın 26-da istifadəyə verilmişdir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar binanın açılış mərasimində iştirak etmişlər.

Mehriban xanım Əliyevaya, Leyla xanım və Arzu xanım Əliyevalara gül dəstələri təqdim edildi.

Birinci xanım Mehriban Əliyeva binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Mənzillərlə tanışlıq zamanı Mehriban xanım Əliyevaya məlumat verildi ki, valideyn himayəsindən məhrum bir qrup yeniyetmə Dövlət Neft Şirkəti yanında texniki peşə məktəblərində təhsil alaraq müxtəlif peşələrə yiyələnmişlər. Hər zaman dövlətin qayğısı ilə əhatə olunan bu gənclərin həyat şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır.

Bildirildi ki, yeni inşa olunan yaşayış binası artıq bir neçə ildir ki, ARDNŞ-in istehsalat sahələrində çalışan və əməkdə fərqlənən ailə qurmuş gənclər üçün nəzərdə tutulmuşdur. Karkas tipli dəmir-beton konstruksiyalı binada 68 mənzil vardır. Mənzillərdən 34-ü bir otaqlı, 32-si ikiotaqlı, qalanları isə 3 otaqlıdır. Mənzillər məişət avadanlığı, mətbəx, yataq, qonaq otağı mebel dəstləri ilə, soyuducu, qaz sobası, paltaryuyan maşınla təchiz edilmişdir. Binanın həyətyanı ərazisi yaşıllaşdırılmış, uşaq oyun meydançaları qurulmuşdur.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, qızları Leyla və Arzu Əliyevalar yeni mənzil alan gənclər - Elşən Kazımov və Sadir Tahirovun ailə üzvləri ilə birlikdə çay süfrəsi arxasında söhbət etdilər. Mehriban xanım Əliyeva yeni ev sahiblərinin həyat şəraiti, sosial durumları və qayğıları ilə maraqlandı. Bildirdi ki, bu cür layihələrin icrası bundan sonra da diqqət mərkəzində saxlanılacaqdır.

Yeni mənzillərin sahibləri də diqqət və qayğıya görə Azərbaycanın birinci xanımına minnətdarlıq etdilər.

Sonda xatirə şəkli çəkdirildi. 

 AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov