Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Oktyabr 2013 - №38

 

Təhsil ocağının idman və akt zalları əsaslı təmir olunub

 

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq bu ilin yay aylarında Bakıdakı 190 nömrəli tam orta məktəbin idman və akt zalları yerləşən korpusu əsaslı təmir olunub. 36 il əvvəl tikilmiş korpusun damı mansard şəklində qurularaq dəmir örtük vurulub, elektrik, su və kanalizasiya xətləri yenilənib və köməkçi otaqlar yüksək səviyyədə təmir edilib. Binanın divarları rənglənib, həyətə yeni asfalt örtüyü salınıb.

Məlumat üçün qeyd edək ki, təhsil ocağını bu il bitirən məzunlardan 52-si respublikamızın müxtəlif ali məktəblərinə, o cümlədən 9-u xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə daxil olub. Məzunlardan 4-ü ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayıb, 2-si  isə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurduğuna görə məktəbi qızıl medalla bitirib. Təhsil ocağının müəllimi Nərgiz Məmmədova ötən dərs ilində keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri sırasında olmuşdur.  

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov