Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Oktyabr 2013 - №41

 

Qaliblər  mükafatlandırıldı

 

Respublika Bədən  Tərbiyəsi və İdman Mərkəzinin təşkilatçılığı ilə 18 oktyabr Dövlət Müstəqilliyi Gününə həsr olunmuş kütləvi idman tədbirləri keçirilib. Yarışlar futbol üzrə Bakı şəhər "Vətən" Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində, basketbol üzrə 3 nömrəli Bakı Peşə  Liseyində, həndbol üzrə Bakı şəhəri 12 nömrəli Uşaq-Gənclər İdman Məktəbində,  şahmat-dama və stolüstü tennis yarışları üzrə isə "Təhsil" Respublika İdman Mərkəzində keçirilib. Yarışlarda respublikanın əksər təhsil şöbələrinin komandaları iştirak edib. Oktyabrın 7-dən 18-nə kimi davam edən yarışlarda qalib gəlmiş idmançılar  Respublika Bədən Tərbiyəsi   və  İdman Mərkəzinin kubok, diplom, medal və qiymətli hədiyyələri ilə təltif olunublar.  

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov