Azərbaycan Respublikasının təhsil naziri "İngilis
dilinin intensiv tədrisi üzrə layihənin əhatə dairəsinin
genişləndirilməsi barədə" və "Rus dilinin intensiv
tədrisi üzrə layihənin davam etdirilməsi barədə" əmrlər
imzalamışdır.
"İngilis dilinin intensiv tədrisi üzrə layihənin əhatə
dairəsinin genişləndirilməsi barədə" əmrə əsasən,
2008-2009-cu tədris ilindən Bakı şəhərinin 7 pilot
məktəbində tətbiq edilən "İngilis dilinin intensiv
tədrisi" layihəsinin 2013-2014-cü tədris ilində ölkə
üzrə 50 pilot məktəbdə həyata keçirilməsi qərara
alınmışdır. Təhsil Nazirliyi və "British Council"in
birgə layihəsinin Bakı şəhərinin seçilmiş pilot
məktəblərinin I-IV və V-X siniflərdə davam etdirilməsi
və Bakı şəhər 116 nömrəli tam orta məktəbin I
siniflərində tətbiqinə başlanılması da əmrdə nəzərdə
tutulmuşdur. Əmrdə, həmçinin Gəncə şəhər xarici dillər
təmayüllü gimnaziya və şəhər 4 nömrəli tam orta,
Mingəçevir şəhər 3 və 4 nömrəli, Sumqayıt "Təfəkkür"
liseyi və şəhər 23 nömrəli, Şirvan şəhər 9 və 21
nömrəli, Quba şəhər 3 və 4 nömrəli, Qusar şəhər 2 və 6
nömrəli, Xaçmaz şəhər 1 və 8 nömrəli, Şamaxı Avropa
liseyi və 2 nömrəli, İsmayıllı şəhər 3 və 5 nömrəli,
Şəki şəhər 8 və 10 nömrəli, Qəbələ şəhər 3 və 1 nömrəli,
Zaqatala şəhər 2 nömrəli və akademik Zərifə Əliyeva
adına texniki fənlər təmayüllü lisey, Lənkəran şəhər 4
nömrəli və xarici dillər təmayüllü gimnaziya, Yevlax
şəhər 5 və 9 nömrəli, Salyan şəhər 1 və 7 nömrəli tam
orta məktəblərin I siniflərində layihənin tətbiqinə
başlanılması qeyd olunmuşdur. Dərs ili ərzində 520 nəfər
ingilis dili müəlliminin müvafiq təlimlərdə iştirakının
təmin olunması, pilot məktəblərin dərslik və dərs
vəsaitləri ilə təmin edilməsi məsələləri də əmrdə əksini
tapmışdır.
"Rus dilinin intensiv tədrisi üzrə layihənin davam
etdirilməsi barədə" əmrə əsasən, 2013-2014-cü dərs
ilində Bakı şəhərinin 3, 12, 13, 20, 36, 42, 45, 51, 63,
70, 95, 106, 129, 178, 193, 212, 238, 244, 245, 246,
274, 250, 257, 263, 265, 272, 275, 276, 278, 283, 284,
286, 292, 295 nömrəli məktəblər və Bağça-Məktəb-Lisey
Kompleksinin, Gəncə şəhər 5 nömrəli, Mingəçevir şəhər
texniki-humanitar liseyi, Sumqayıt şəhər 11 nömrəli,
Şirvan şəhər 3 nömrəli, Abşeron rayon 2 nömrəli,
İsmayıllı rayon Talıstan kənd, Şəki rayon 5 nömrəli,
Şamaxı rayon 6 nömrəli, Zaqatala rayon Əlibayramlı kənd,
Tovuz rayon Ağbulaq kənd, Quba rayon Əliməmmədoba kənd,
Qusar rayon Ləcət kənd, Masallı rayon 2 nömrəli,
Lənkəran rayon Havzava kənd, Saatlı rayon Məmmədabad
kənd tam orta məktəblərin I-IV və V-IX siniflərində rus
dilinin intensiv tədrisi üzrə Təhsil Nazirliyinin
layihəsinin davam etdirilməsi nəzərdə tutulmuşdur.
|