Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Noyabr 2013 - №44

 

Məktəblilərin stolüstü tennis üzrə rayon birinciliyinə yekun vuruldu

 

Bakıdakı 258 nömrəli tam orta məktəbdə Nərimanov rayon məktəbliləri arasında  stolüstü tennis üzrə yarış keçirildi. Yarışın açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək iştirakçılara uğurlar arzuladı.

Yarışda rayonun 16 məktəbinin komandalarının  tərkibində 32 nəfəri qız olmaqla 80 məktəbli  iştirak edirdi. Olimpiya sistemi üzrə keçirilən yarışın nəticəsinə görə I yerə 258 nömrəli tam orta məktəbin,  II yerə 291 nömrəli "Araz" ekologiya liseyinin,   III yerə isə  177  nömrəli tam orta məktəbin komandaları layiq görüldülər.

Qalib komandaların üzvləri Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olundular.  258 nömrəli tam orta məktəbin komandası Bakı şəhər məktəblilərinin XXVI spartakiadasının proqramına daxil olan stolüstü tennis növü üzrə şəhər mərhələsinə vəsiqə qazandı. 

Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov