Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Yanvar 2014 - №03

 

"Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi" adlı elmi-kütləvi filmin təqdimat mərasimi keçirilib

 

Yanvarın 23-də Təhsil Nazirliyinin sifarişi ilə Azərbaycan dilinə tərcümə edilmiş "Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi" adlı elmi-kütləvi filmin təqdimat mərasimi keçirilib.

Filmdə təhsilalanların sağlamlığının qorunması, tədris şəraitindən irəli gələn hərəki fəaliyyət azlığının uşaqların sağlamlığına zərəri və digər müvafiq məsələlərdən bəhs olunur. Film disk şəklində 8 min nüsxə artırılaraq ümumtəhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinə paylanılıb. Həmçinin, film mərkəzi və regional televiziya kanallarında yayımlanır.

Filmin ictimaiyyətə çatdırılması "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda və Azərbaycan Respublikası təhsil nazirinin "Təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupunun yaradılması haqqında" əmrində qarşıya qoyulan məqsədlərə nail olmağa xidmət edir.

İşçi qrupu təhsilalanların sağlamlığının qorunması, təlim nailiyyətlərinin yüksəldilməsi üzrə mövcud təhsil texnologiyalarını öyrənərək onların yerli şəraitə uyğunlaşdırılması mexanizminin və tətbiqinə dair təkliflərin işlənib hazırlanmasını yerinə yetirir. Təhsilalanların fiziki sağlamlığına, psixoloji dayanıqlığına və təlim nailiyyətlərinin yüksəldilməsinə hər hansı formada mənfi təsir göstərən halları araşdırmaq və onların aradan qaldırılmasına dair təkliflər hazırlayıb təqdim etmək də müvafiq işçi qrupuna həvalə olunub.

İşçi qrupunun fəaliyyəti nəticəsində problem baxımından mövcud vəziyyətin öyrənilməsi üçün müvafiq addımlar atılır. Belə ki, Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrindən müvafiq məlumatlar toplanılır. Həmçinin, müvafiq qurumlardan yeniyetmə və gənclərin sağlamlığına dair toplanmış informasiyalar təhlil olunur, uğurlu beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində müzakirələr aparılır.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov