Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2014 - №04

 

Ali məktəb tələbələri arasında futbol üzrə "Təhsil kuboku" keçiriləcək

 

 2014-cü ilin fevral-may aylarında Azərbaycanda ali məktəb tələbələri arasında futbol üzrə "Təhsil kuboku" keçiriləcək.

Yarışın keçirilməsində məqsəd "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn vəzifələri həyata keçirmək, tələbə futbolçuların ustalıq səviyyələrini yüksəltmək, tələbələr arasında sağlam həyat tərzini təbliğ etməkdən ibarətdir.

Qeyd edək ki, Azərbaycanda futbol sahəsində həyata keçirilən dövlət siyasəti və futbol infrastrukturunun müasir tələblər səviyyəsinə yüksəldilməsi gənclərin futbola olan marağını artırır. Bu baxımdan Təhsil Nazirliyi uşaq, yeniyetmə və gənclərin futbola daha çox cəlb olunması, futbolla bağlı məlumat-maarifçilik və təbliğat işinin gücləndirilməsi məsələlərinə xüsusi əhəmiyyət verir.

"Təhsil kuboku"nda iştirak edərək uğur qazanan ali məktəb komandaları və fərqlənən oyunçular Təhsil Nazirliyinin qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov