Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart  2014 - №10

 

Ali təhsil müəssisələri işçiləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Spartakiadanın keçirilməsi barədə
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azəbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin qərarı 

 
Azəbaycan Respublikası                               Azəbaycan Təhsil İşçiləri Azad Həmkarlar
                Təhsil Nazirliyi                                                       İttifaqı Respublika Komitəsi
 
Q Ə R A R
 

 

Bakı şəhəri     
_05__03_ 2014-cü il
,  №   278 

 

_04__03_ 2014-cü il,  № 11/11  
Ali təhsil müəssisələri işçiləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Spartakiadanın keçirilməsi barədə
 

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş  və onun xatirəsinə ehtiram əlaməti olaraq ali təhsil müəssisələrində çalışan işçilər arasında sağlam həyat tərzinin formalaşdırılması, onların bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsi və asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə  

QƏRARA ALIR: 

1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ali təhsil müəssisələri işçiləri arasında 6 idman növü üzrə Spartakiada (bundan sonra Spartakiada) keçirilsin.

2. Spartakiada Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbiri sayılsın.

3. Spartakiadanın I turu hər bir ali məktəbdə  aprel ayında, II yekun respublika turu isə  may ayında keçirilsin.

4. Spartakiadanın Əsasnaməsi (əlavə 1), Təşkilat Komitəsinin tərkibi (əlavə 2) və Baş hakimlər kollegiyası  üzvlərinin (əlavə 3) siyahısı təsdiq edilsin.

5. Ali təhsil müəssisələrinin rəhbərləri və  həmkarlar ittifaqı komitələrinin sədrləri bu qərarla təsdiq edilmiş "Əsasnamə"nin şərtlərinə uyğun olaraq Spartakiadanın yüksək səviyyədə keçirilməsini təmin etsinlər.

6. Spartakiadanın keçirilməsi ilə bağlı tərəflər öz üzərinə götürür:

Təhsil Nazirliyi:

- hər idman növü üzrə qaliblərə kubokların alınmasını;

- diplomların hazırlanmasını.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi:

- Spartakiadada hər idman növü üzrə I, II və III yerləri tutan komandalara və tək idmançılara hədiyyələrin alınmasını;

- hakimlərin və xidmət heyətinin əməkhaqlarının ödənilməsini.

7. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin mədəni-kütləvi və idman işləri şöbəsi qərardan irəli gələn məsələlərin yerinə yetirilməsini təmin etsinlər.

8. Tərəflər Spartakiadanın keçirilməsi və qaliblərin  mükafatlandırılması ilə bağlı xərclər smetasını hazırlayıb 15 gün müddətində təsdiq etsinlər.

9. Təhsil Nazirliyinin və Respublika Komitəsinin müvafiq şöbələri qərar və əlavələrin "Azərbaycan müəllimi", "Təhsil işçisi" qəzetlərində, "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını və İnternet səhifələrində yerləşdirilməsini təmin etsinlər.

10. Qərarın icrasına nəzarət nazir müavini C.Bayramova və sədr müavini Ş.Əsgərova həvalə edilsin.                                                                                
                                                                                                                                  
                                                                                                                                                
Mikayıl Cabbarov Səttar Mehbalıyev
Azəbaycan Respublikasının təhsil naziri Azəbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri
 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov