Martın 11-də Bülbül adına Orta İxtisas Musiqi
Məktəbində dövlət uşaq müəssisələrində təlim-tərbiyə
alan valideyn himayəsindən məhrum 120 şagird üçün Novruz
bayramına həsr olunmuş konsert proqramı təşkil edilib.
Musiqi məktəbinin direktoru Teymur Göyçayev tədbiri
giriş sözü ilə açaraq iştirakçıları Novruz bayramı
münasibətilə təbrik edib və belə bir konsertin təşkilinə
görə Təhsil Nazirliyinə minnətdarlığını bildirib. O,
musiqi məktəbi şagirdlərinin bu konsertə böyük
məsuliyyət hissi və həvəslə hazırlaşdığını söyləyib.
Konsertdə musiqi məktəbinin şagirdləri ilə yanaşı,
dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların
ifasında da bir neçə musiqi nömrəsi təqdim olunub.
|