Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart  2014 - №10

 

Şagirdlər arasında kütləvi idman yarışlarına start verilib

 

Təhsil Nazirliyinin Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin təşkilatçılığı ilə ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri (oğlanlar və qızlar) arasında kütləvi idman yarışlarına start verilib.

Belə ki, martın 11-də Bakı şəhərindəki 242 nömrəli tam orta məktəbdə basketbol üzrə respublika birinciliyi başlayıb.

Martın 12-də start verilmiş voleybol üzrə respublika birinciliyi oğlanlar arasında Bakı şəhərindəki 44 nömrəli, qızlar arasında 18 nömrəli tam orta məktəbdə keçirilir.

Mini-futbol üzrə respublika birinciliyi də "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbində martın 12-də başlayıb.

Martın 13-də Bakı şəhərindəki 129 nömrəli tam orta məktəbdə stolüstü tennis,"Təhsil" Respublika İdman Mərkəzinin 1 saylı şahmat-dama məktəbində dama yarışlarına start verilib.

Yarışlarda paytaxt komandaları ilə yanaşı, respublikanın digər şəhər və rayon ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin komandaları da iştirak edəcəkdir.

 

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov