Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Aprel 2014 - №12

 

"Şahin" hərbi-idman oyunu üzrə rayon birinciliyinin qalibləri məlum olub

 

Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsini gücləndirmək məqsədilə Qəbələdə "Şahin" hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilmişdir.  AzərTAc xəbər verir ki, Qəbələ şəhər 2 nömrəli məktəbdə keçirilən yarışın açılış mərasimində çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov yarışın əsas məqsədinin məktəblilər arasında aparılan hərbi-vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, onların fiziki hazırlığını artırmaq və ordu sıralarında xidmətə hazırlamaqdan ibarət olduğunu vurğulamışdır.

Sonra hərbi-idman yarışının startı verilmiş və 10-11-ci sinif şagirdləri sıra hazırlığı, maneələri dəf etmə, avtomatın sökülüb-yığılması, 100 metr məsafəyə qaçış, turnikdə dartınma, mülki müdafiə hazırlığı və digər mərhələlər üzrə qüvvələrini sınamışdır.  Yarışda Soltannuxa kənd orta məktəbinin komandası birinci, Qəbələ şəhər 2 və 1 nömrəli orta məktəblərin komandaları isə ikinci və üçüncü yerləri tutmuşlar.

Qalib komandalara Qəbələ Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim edilmişdir.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov