Şamaxı
Rayon Uşaq-Gənclər Şahmat Məktəbində "Novruz
turniri" adı altında məktəbli şahmatçılar arasında
şəhər birinciliyi keçirilib. Hər il ənənəvi
keçirilən turnir oğlan və qız şahmatçıların
iştirakı ilə İsveçrə sistemi üzrə təşkil olunub. 9
turdan ibarət yarışda 96 şahmatçı 5 yaş qrupunda
mübarizə aparıb.
Şamaxı şəhər 1 nömrəli tam orta məktəbin IX sinif
şagirdi Ülvi Xudiyev və şəhər 2 nömrəli tam orta
məktəbin IX sinif şagirdi Niyaz Məmmədov ümumi
turnirin qalibi elan olunublar.
Qızlar arasında müvafiq yaş qruplarında şəhər 2 nömrəli
tam orta məktəbin I sinif şagirdi Xədicə Əhmədova (8
yaş), həmin məktəbin IV sinif şagirdi Aytac
Şirəliyeva ( 10 yaş), Şamaxı Avropa liseyinin V
sinif şagirdi Fəridə Rəhimova (12 yaş), Mədrəsə
qəsəbə VII sinif şagirdi Səfiyyə Əlləzova (14 yaş),
Şamaxı Avropa liseyinin VIII sinif şagirdi İzzət
Ağayeva (16 yaş) bütün rəqiblərini qabaqlayaraq
qalib gəliblər.
Oğlanların mübarizəsində isə şəhər 2 nömrəli tam orta
məktəbin II sinif şagirdi Cəlil Əliyev (8 yaş),
həmin məktəbin IV sinif şagirdi Mirəziz Babayev
(10 yaş), şəhər 9 nömrəli tam orta məktəbin VI
sinif şagirdi Ramazan Məcidov (12 yaş), Mədrəsə
qəsəbə tam orta məktəbinin VIII sinif şagirdi
Gülməmməd Xəlilli (14 yaş) çempion adına layiq
görülüblər. Çempionlara və II-III yerləri tutan
şahmatçılara diplomlar və hədiyyələr təqdim olunub.
Yarışın nəticələrinə əsasən şahmat məktəbləri
komandalarının zona birinciliyində iştirak edəcək
oğlan və qızlardan ibarət rayon komandasının
üzvləri də müəyyənləşdirilib.
Turnir təsnifat xarakterli olduğundan şahmatçılara
müvafiq idman dərəcələri də verilib.
A.AĞAYEV,
Şamaxı Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru
|