Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2014 - №13

 

"Bayıl Arena"da "Təhsil kuboku" uğrunda futbol yarışının açılış mərasimi keçirilib

 

Aprelin 8-də "Bayıl Arena"da "Təhsil kuboku" uğrunda futbol yarışının açılış mərasimi keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) nümayəndələri iştirak edib.

Qeyd edək ki, Azərbaycanın ali məktəb tələbələri arasında keçirilən yarışa 29 ali məktəbin komandası qoşulub. Təhsil Nazirliyi, AFFA və ATFF-in birgə təşkilatçılığı ilə keçirilən "Təhsil kuboku" çərçivəsində oyunlar Bakının Binə qəsəbəsində yerləşən stadionda, "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin stadionunda və Olimpiya İdman Ehtiyatları Bazasının stadionunda keçirilir.

Açılış mərasimindən sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Azərbaycan Tibb Universitetinin komandaları arasında oyun keçirilib.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov