Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2014 - №13

 

Yeniyetmə şahmatçının uğurları

 

Böyütmək üçün şəkili seçinNail Qoşqar oğlu Bəşirli 2000-ci ildə Bakıda anadan olub. Hazırda  54 nömrəli tam orta məktəbin VII sinif şagirdidir. Uşaq yaşlarından idmanın şahmat növünə maraq göstərib. Valideynlərinin dəstəyi ilə Bakıdakı 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbində əməkdar məşqçi, beynəlxalq qrossmeyster Rəsul İbrahimovdan bu idman növünün sirlərini öyrənməyə başlayıb. İlk uğuru  2012-ci ilin yanvarında Bakı çempionatında iştirak edərək II yerə çıxması  olub. Həmin ilin martında keçirilən Azərbaycan çempionatında da  II yerə layiq görülüb. Ən böyük nailiyyəti isə 2013-cü ilin oktyabr ayında kişilər arasında keçirilən Bakı çempionatında I yerə çıxmasıdır.   2014-cü ilin yanvarında Bakı çempionatında iştirak edərək I yerin sahibi olub. Həmin ilin fevral ayında Belarusun Minsk şəhərində məşhur şahmatçı  David Branşteyn adına keçirilən beynəlxalq turnirdə II yeri öz adına yazdırıb. 2014-cü ilin martında 14 yaşadək oğlanlar arasında keçirilən Azərbaycan çempionatında iştirak edərək II yerdə qərarlaşıb.

Nail şahmatda kifayət qədər uğur əldə etməklə yanaşı təhsil aldığı 54 nömrəli tam orta məktəbin əlaçıları sırasındadır.  Məktəbin direktoru Sahibə Abbasova  Nail haqqında danışarkən bildirdi ki,  şahmatçımız güclü zəkası, təlim-tərbiyəsi  ilə müəllimlərinin sevimlisidir. Biz də ona gələcək həyatında uğurlar arzulayırıq. 

R.RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov