Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2014 - №13

 

Gimnastlarımız Vətənə medallarla qayıtdılar

 

Azərbaycan gimnastları Dünya Kubokunun Lissabonda keçirilmiş mərhələsində ikisi qızıl olmaqla dörd medal qazanmışlar.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, 14 yaşlı bakılı idmançı Jalə Piriyeva Dünya Kuboku çərçivəsində yuniorların turnirində üzərində Portuqaliya bayrağının rəmzi lenti təsvir edilmiş diskə oxşar mükafatlar qazanmışdır. Jalə əvvəlcə halqa ilə necə çıxış etmək lazım olduğunu o qədər virtuoz şəkildə nümayiş etdirmişdir ki, Atlantik okeanının həm şərq, həm də qərb sahillərindən həftə sonunda Portuqaliya paytaxtındakı idman kompleksinə gəlmiş tamaşaçılar gimnastımızın bu bənzərsiz çıxışını böyük maraqla izləmişlər.

Lent ilə hərəkətlərin yekununa görə mükafatlar təqdim edilən anda Azərbaycanın himni ikinci dəfə səslənmişdir. Bu anda həm ikinci medala görə sevinən, həm də öz ölkəsinə görə qürur hissi keçirən Jalə hamıya Bakıdan atəşin salamlar çatdırırdı. Axı, növbəti Avropa çempionatı iki aydan sonra Azərbaycan paytaxtında keçiriləcək.

Marina Durundanın da medal ambisiyaları çox güclü idi. O, dörd mümkün finaldan üçünə vəsiqə almışdı. Bu mərhələdə top ilə hərəkətlər onun üçün ən məhsuldar final oldu və komandamızın aktivinə bir bürünc medal əlavə edildi.

Ölkəmizin qrup komandası da iki finalda çıxış etmişdir. Lakin bu dəfə qızlarımız yalnız dördüncü yerlə kifayətlənməli olmuşlar. Çoxnövçülükdə isə Səbinə Abbasova, Aliyə Paşayeva, Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayeva ispaniyalı rəqiblərindən sonra ikinci yeri tutaraq gümüş medallara layiq görülmüşlər.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov