M.V.Lomonosov
adına Moskva Dövlət Universitetində aprelin 4 - 11
tarixlərində gənclər arasında "Lomonosov-2014"
beynəlxalq elm forumu keçirilib. MDU-nun Bakı
filialının tələbələri forum çərçivəsində "Filologiya",
"Riyaziyyat", "Kimya", "Psixologiya" bölmələrində
məruzələrlə çıxış ediblər.
Bakı filialının filologiya fakültəsinin ingilis dili
bölməsinin III kurs tələbəsi Məryəm Məmmədovanın,
tətbiqi riyaziyyat fakültəsinin magistr təhsili üzrə I
kurs tələbəsi Aleksandra Proskuryakova və bakalavr üzrə
IV kurs tələbəsi Əli Vəliyevin məruzələri bölmə üzrə ən
yaxşı məruzə elan olunub. Kimya fakültəsinin magistr
pilləsi üzrə II kurs tələbəsi Zaur Qarayevin məruzəsi
"Elmə sevgi" nominasiyası üzrə diploma layiq görülüb.
Psixologiya fakültəsinin III kurs tələbəsi Ayan
İsmayılovanın "MDU-nun elmi məktəbinin Azərbaycanda
inkişafına dair" nominasiyası üzrə məruzəsi
"Lomonosov-2014" konfransının diplomu ilə
mükafatlandırılıb.
Qeyd edək ki, builki "Lomonosov-2014" forumu
elementlərin dövri sistemi qanununu kəşf etmiş böyük rus
kimyaçısı D.İ.Mendeleyevin 180 illiyinə həsr olunub.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi" |