Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2014 - №14

 

Əməkdar idman ustası ilə görüş keçirilib

 

Böyütmək üçün şəkili seçinAprelin 15-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) əməkdar və beynəlxalq dərəcəli idman ustası, əməkdar məşqçi, əməkdar bədən tərbiyəsi və idman xadimi Rafiq Hacıyevlə görüş keçirilib. Tədbirdə çıxış edən institutun tərbiyə işləri üzrə prorektoru Rəşad Sadıqov müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışıb.

Prorektor AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlının rəhbərliyi ilə institutun idman zalında müasir tələblərə uyğun şəkildə yaradılmış şəraitin tədris prosesinə müsbət təsirindən, tələbələrin müxtəlif idman növləri üzrə əldə etdikləri nailiyyətlərdən də danışıb.

İnstitutun mülkü müdafiə, tibbi biliklərin əsasları və fiziki tərbiyə kafedrasının müdiri Hənifə Qurbanov məşhur idmançılarla görüşlərin təşkil edilməsinin əhəmiyyətindən, institutda təşkil edilən belə görüşlərin ənənə xarakteri daşıdığını bildirib.  

Sonra tədbir iştirakçıları tərəfindən R.Hacıyevin idman uğurları, onun həyatının və idman karyerasının maraqlı anlarını əks etdirən videoçarx maraqla qarşılanıb.

Görüşdə R.Hacıyev çıxış edərək videoçarxdakı görüntülər barədə xatirələrini bölüşüb. O, güləşə həvəsindən, idman karyerasından danışarkən məşqçilərin, ümumiyyətlə, müəllimlərin yeniyetmə və gənclərin nəinki fiziki tərbiyəsinin formalaşmasında, onların gələcəyinin müəyyənləşməsində rolundan da danışıb.

Sonda qonaq tələbə və müəllimlərin onun idman həyatı ilə bağlı çoxsaylı suallarını da cavablandırıb.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov