Aprelin 18-də Bakı şəhərindəki 233 nömrəli tam orta
məktəbdə biologiya fənni üzrə laboratoriyanın açılış
mərasimi keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin, Dövlət Neft Şirkətinin
nümayəndələri, Schlumberger şirkətinin təmsilçiləri,
müəllimlər və valideynlər iştirak ediblər.
Nəzərə çatdırılıb ki, məktəbin biologiya kabineti xüsusi
laboratoriya cihazları və kompüter avadanlıqları ilə
təchiz olunub.
Sonra qonaqlar təhsil müəssisəsinin biologiya fənn
laboratoriyası və orada quraşdırılmış avadanlıqlarla
yaxından tanış olublar.
Qeyd edək ki, Azərbaycanda 1997-ci ildən fəaliyyət
göstərən Schlumberger şirkəti neft və qaz yataqlarının
işlənməsi üzrə bir sıra əhəmiyyətli layihələrin həyata
keçirilməsində fəal iştirak edir. Şirkət gənc nəslin
inkişafına xidmət edən layihələrin gerçəkləşdirilməsinə
xüsusi önəm verir. Schlumberger şirkətinin
reallaşdırdığı SEED təhsilə dəstək proqramı çərçivəsində
müxtəlif ölkələrin ümumtəhsil məktəbləri fənn
laboratoriyaları, tədris ləvazimatları, kompüter və
İnternetə çıxış imkanları ilə təmin olunur. |