Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2014 - №16

 

Astarada məktəblilər arasında boks üzrə respublika birinciliyinin zona yarışları

 

Astara Boks Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş məktəblilər arasında boks üzrə respublika birinciliyinin zona yarışları keçirilmişdir. 

AzərTAc xəbər verir ki, zona yarışlarında Astara, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Lənkəran, Sumqayıt, Cəlilabad, Şirvandan 70 idmançı 18 çəki dərəcəsində qələbə uğrunda mübarizə aparmışdır.  Şəxsi birincilik yarışlarında Murad Məmmədov, Balabəy Manafov, Anar Musayev (Neftçala), Zaur Qəhrəmanov, Ruslan Əliyev, Kamil Kərimzadə, Zeynal Yaqubov, İsmayıl Yaqubov (Astara), Nihad Fərzəliyev, Nurlan Səfərov (Salyan), Ağa Məmişov, Vüqar Vahidov (Hacıqabul), Sadiq Salmanzadə (Lənkəran), Səmral Cavadzadə (Biləsuvar), Ağahüseyn Mirağayev (Sumqayıt), Sadiq Əliyev (Cəlilabad) müxtəlif çəki dərəcələrində qalib adını qazanmışlar. Komanda hesabında Astara, Neftçala və Hacıqabul rayon kollektivləri müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutmuşlar.  Astaralı idmançılardan 5 nəfər birinci, 4 nəfər ikinci, 8 nəfər isə üçüncü yerə layiq görülmüşdür.  Qaliblərə diplomlar, medallar və hədiyyələr təqdim olunmuşdur.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov