Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2014 - №17

 

Salyanda cüdo üzrə turnir keçirilib

 

Salyan Olimpiya İdman Kompleksində uşaq və yeniyetmələr arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş cüdo üzrə turnir keçirilmişdir.

AzərTAc xəbər verir ki, turnirin keçirilməsində məqsəd ümummilli liderin xatirəsini əbədiləşdirmək, cüdonun kütləviliyinə nail olmaq, perspektivli idmançıları müəyyən etmək və yeniyetmələrdə vətənpərvərlik ruhunu aşılamaqdır.

Yarışda 7 rayon və şəhərdən 150-yə yaxın idmançı iki yaş qrupunda mübarizə aparmışdır.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Salyan komandası birinci, Şirvan kollektivi ikinci, Biləsuvar cüdoçuları isə üçüncü olmuşlar.

Sonda mükafatçılar Salyan Rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunmuşlar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov