Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2014 - №18

 

Boks üzrə respublika birinciliyinin qalibləri mükafatlandırılıb

 

Böyütmək üçün şəkili seçinMayın 5-dən 10-dək Təhsil Nazirliyinin "Təhsil" Respublika İdman Mərkəzinin yeniyetmələr arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş boks üzrə respublika birinciliyi keçirilib.

Birincilikdə 18 çəki dərəcəsi üzrə 14-15 yaşlı yeniyetmə boksçulardan ibarət 16 komanda iştirak edib. Ölkə miqyaslı yarışa ümumilikdə 170 boksçu qatılıb.

5 gün davam edən mübarizədən sonra 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi ümumi komanda hesabında yarışın qalibi olub. İkinci yeri "Təhsil" Respublika İdman Mərkəzinin Gəncə filialı, üçüncü yeri Neftçala rayon Uşaq-Gənclər İdman Məktəbi tutub. Bundan başqa, hər bir çəki üzrə şəxsi hesabda I, II və III yerləri tutan boksçular da müəyyənləşdirilib.

Qaliblər Təhsil Nazirliyinin diplomları və medalları ilə mükafatlandırılıblar. İlk 3 yeri tutan komandalara kuboklar təqdim olunub.

Ətraflı məlumat üçün: www. edu.gov.az

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov