Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2014 - №18

 

"Şahinlər" hərbi idman oyununun Respublika final yarışı keçirilib

 

Böyütmək üçün şəkili seçinMayın 10-da Cəmşid Naxçıvanski adına hərbi liseydə ümummilli lider  Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş "Şahinlər" hərbi idman oyununun Respublika final yarışı keçirilib.  Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi,  Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Respublika Veteranlar Şurasının birgə qərarı ilə keçirilən yarışda ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri mübarizə aparıblar.

"Şahinlər" hərbi idman oyununun Respublika final yarışında 18 komanda iki mərhələdə  qüvvələrini sınayıb. Yarışın I mərhələsində komandalar təntənəli marşla mahnı sədaları altında tribuna önündən keçib və onların sıra hazırlığının səviyyəsi yoxlanılıb. Yarışın ikinci mərhələsində  isə "Şahinlər" müxtəlif sədlərdən keçərək maneələri dəf etməklə öz fərdi bacarıqlarını nümayiş etdiriblər. 

Nəticələrə görə  Bakı şəhəri Nərimanov rayon komandası I, Nizami rayon komandası II, Yasamal rayon komandası isə III yerə layiq görülüblər. Qalib komandalar Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.   

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov