Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2014 - №19

 

Ali təhsil məktəbləri arasında "Təhsil Kuboku" yarışının 1/8 mərhələsinin oyunları başa çatıb

 

Böyütmək üçün şəkili seçinFutbol üzrə ali təhsil müəssisələri arasında keçirilən "Təhsil Kuboku" yarışının 1/8 mərhələsinin oyunları başa çatıb.

29 ali məktəbin futbol komandalarının mübarizə apardığı Kubokun 1/4 mərhələsinə 8 komanda çıxıb. Bunlar Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiya Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Qafqaz Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti və Naxçıvan Dövlət Universitetidir.

Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən "Təhsil Kuboku" çərçivəsində oyunlar Bakının Binə qəsəbəsində yerləşən stadionda, "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin stadionunda və Olimpiya İdman Ehtiyatları Bazasının stadionunda baş tutur.

"Təhsil Kuboku" futbol yarışını keçirməkdə məqsəd tələbələr arasında futbolun kütləviliyini artırmaq, Azərbaycanın tələbə yığma komandasını formalaşdırmaq, Avropa, dünya çempionatlarında və beynəlxalq turnirlərdə tələbələrdən ibarət futbol komandalarının iştirakını təmin etməkdir.

İlk 4 yeri tutan komandalar Təhsil Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunacaq və onlara hədiyyələr veriləcək. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyası Kubokun qaliblərinə pul mükafatı təqdim edəcək.  

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov