İyunun 11-dən 19-dək uşaq musiqi və incəsənət məktəbləri
şagirdləri arasında xanəndəlik ixtisası üzrə Xan
Şuşinski adına II respublika muğam festivalı keçirilir.
Yeni istedadların üzə çıxarılması, şagirdlərə ifaçılıq
vərdişlərinin aşılanması məqsədilə keçirilən festivala
250-yə yaxın şagird sənəd verib. Mədəniyyət və Turizm
Nazirliyinin Mədəniyyətşünasılıq üzrə Elmi-Metodiki
Mərkəzinin keçirdiyi festival bir turdan ibarət olmaqla
2 qrup üzrə Bakıda keçirilən festivalda şagirdlər muğam,
xalq və bəstəkar mahnıları, zərb muğam ifa edəcəklər.
Qeyd edək ki, festival iştirakçılarının ifaları peşəkar
xanəndələr tərəfindən qiymətləndiriləcək. |