Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2014 - №23

 

III respublika müsabiqəsi qaliblərinin yekun konserti

 

Azərbaycan Dövlət Filarmoniyasında uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsi qaliblərinin yekun konserti keçirilib.  Konsertdə çıxış edən  mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, xalq artisti Ramiz Quliyev  müsabiqənin əhəmiyyətindən söz açıblar.  Bildirilib ki,  Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqədə  əsas məqsəd Azərbaycanda musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətlərinin təbliği, gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq səviyyələrinin yüksəldilməsidir.

2 turdan ibarət olan  müsabiqədə 6 ixtisas (tar, kamança, kanon, qarmon, balaban, saz) və 3 yaş qrupu (10-12 yaş, 13-15 yaş, 16-18 yaş) üzrə respublikada fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərindən, musiqi kolleclərindən, Azərbaycan Milli Konservatoriyasından, Respublika İncəsənət Gimnaziyasından, Bülbül adına Orta İxtisas Musiqi Məktəbindən, Qafqaz Universitetindən  şagird və tələbələr iştirak ediblər. Müsabiqənin əsasnaməsinə uyğun olaraq, birinci turda etüd, Azərbaycan və dünya bəstəkarlarının pyesləri, həmçinin saz və aşıq havaları, ikinci turda isə irihəcmli əsərlər, muğam, ənənəvi saz və aşıq havaları ifa  olunub. Müsabiqə çərçivəsində müvafiq ixtisaslar üzrə ustad dərsləri də keçirilib. Birinci turda müvəffəqiyyətlə iştirak etmiş 150 şagird və tələbə ikinci turda iştirak etmək  hüququ qazanıb. Müsabiqədə  fərqlənənlər Mədəniyyət və Turizm Nazirliyinin I, II, III dərəcəli diplomlarına və laureat adına layiq görülüblər.

Sonda  qaliblərin  yekun konserti maraqla  qarşılanıb.                    

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov