Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2014 - №24

 

Yeniyetmə idmançımız Avropa kubokunun sahibidir

 

Böyütmək üçün seçinAzərbaycan Respublikası Təhsil  Nazirliyi 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin cüdo  bölməsinin  yetirməsi Leyla Əliyeva 1997-ci ildə  Bakı  şəhərində anadan olub. Bakıdakı 277 nömrəli idman  təmayüllü tam orta  məktəbin məzunudur. 

13 nömrəli  İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktoru Rüfət Eyyubovun məlumatına görə, Leyla ötən ilin martında  Ukraynada yeniyetmələr  arasında keçirilən  Avropa  kuboku uğrunda yarışda 40 kq çəki dərəcəsində VII, həmin ilin aprel ayında   Çexiyada keçirilən  yeniyetmələr  arasında  Avropa  kuboku uğrunda yarışda  isə I yerə layiq görülüb. Bundan başqa,  2013-cü il 8-9 iyun tarixlərində Estoniyada yeniyetmələr  arasında  Avropa  birinciliyində  44 kq çəki dərəcəsində I  yeri tutub. Avqustun 8-dən 11-nə kimi ABŞ-da keçirilən yeniyetmələr  arasında dünya birinciliyində də rəqiblərindən fərqlənən Leyla  44 kq çəki dərəcəsində II, dekabrda isə yeniyetmələr  arasında  Azərbaycan  birinciliyində 40 kq çəkidə I yeri tutaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu ilin yanvar ayında İtaliyada kadetlər arasında  Avropa  kuboku  uğrunda yarışa qatılan Leyla Əliyeva  48 kq,  fevral ayında Çexiyada keçirilən beynəlxalq  turnirdə 48 kq çəki dərəcəsində I, cari  ilin martında Türkiyədə  kadetlər  arasında  Avropa  kuboku uğrunda yarışda  48 kq çəkidə I,  aprel ayında  Portuqaliyada  kadetlər  arasında  Avropa  kubokunda isə 48 kq çəkidə I  yerə layiq görülüb. Bu ilin may ayının 3 və  4-də Almaniyada kadetlər  arasında  keçirilən Avropa  kuboku uğrunda yarışda da o,  fəxri kürsünün yüksək pilləsinə qalxaraq ölkəmizi layiqincə təmsil edib.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov