Uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi
təhsilinin təşkili və tənzimlənməsini təmin etmək
məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi
haqqında Əsasnamə"nin 8.10-1 və 13.5-ci bəndlərini
rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Uzun müddət təhsildən kənarda qalmış şəxslərin
ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə
aid 2014-2015-ci dərs ili üçün tədris planı və tədris
planına dair "Qeydlər" təsdiq edilsin (əlavə olunur).
2. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavələrlə
birlikdə çoxaldılıb yerlərə göndərilməsini, "Azərbaycan
müəllimi" qəzetində dərc olunmasını və Nazirliyin
internet saytında yerləşdirilməsini təmin etsin.
3. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova
həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
16 iyul 2014-cü il
Əlavə:
2014-2015-ci dərs ili üçün tədris
planı və tədris planına dair "Qeydlər" |