Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul  2014 - №28

 

Avropa kubokunun sahibi

 

Böyütmək üçün şəkili seçin Əsədli Vüqar Əfqan oğlu 2001-ci ildə Bakıda anadan olub. Bakıdakı 238 nömrəli tam orta məktəbin VII sinif şagirdidir.  Uşaq yaşlarından idmanın şahmat növünə maraq göstərən Vüqar valideynlərinin dəstəyi və razılığı ilə 7 yaşında 2 nömrəli Uşaq-Gənclər Şahmat İdman Məktəbində peşəkar və təcrübəli məşqçi-müəllim Cəmil Ağamaliyevdən bu idman növünün sirlərini öyrənməyə başlayır. 

Nəticələri haqqında onu demək olar ki, Vüqar 2009-cu ildə Gürcüstanın Batumi şəhərində 18 ölkədən 45 iştirakçı arasında keçirilən Avropa birinciliyində II yerə layiq görülüb. Bundan başqa, "Bakı Beynəlxalq Open" turnirində isə 72 iştirakçı arasında fərqlənərək I yerin sahibi olub. O, 2010-cu ildə Yunanıstanın Saloniki şəhərində 18 ölkədən 42 güclü şahmatçının qatıldığı Avropa çempionatında fəxri kürsünün yüksək pilləsinə çıxaraq Avropa çempionu adını qazanıb. Vüqar 4 dəfə müxtəlif yaş qruplarında Azərbaycan çempionu olub. Bu il Gürcüstanın Ureki şəhərində 12 yaşadək uşaqlar arasında şahmat üzrə keçirilən Avropa kuboku uğrunda  yarışlarda  iştirak edib.  10 ölkədən 260-dək şahmatçının qatıldığı  yarışlarda Azərbaycandan müxtəlif yaş qrupları üzrə 59 zəka sahibi qələbə uğrunda mübarizə aparıb. Təmsilçilərimiz arasında fərqlənən Vüqar bu dəfə də uğurlu çıxış nümayiş etdirərək  qızıl medala sahib çıxıb.

Bundan başqa, Yunanıstanın Kavala şəhərində 30 təcrübəli şahmatçı arasında rapid  sistemi üzrə keçirilən dünya çempionatında  Vüqar Əsədli II yeri tutaraq dünya ikincisi olub. O, İran İslam Respublikasının Rəşt şəhərində keçirilən Xəzər  kuboku uğrunda yarışda II yeri, Gürcüstanın Tbilisi şəhərində keçirilən "Nona Qaprindaşvili Open" turnirində 16 yaşa qədər 60 iştirakçı  arasında II yeri tutub,  11 yaşında oğlanlar arasında isə Bakı çempionu olub. Arzusu daha böyük qələbələri ilə ölkəmizi layiqli təmsil etmək və güclü, dünya şöhrətli  şahmatçı kimi  tanınmaqdır.  

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov