Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Avqust 2014 - №29

 

Qalib komandalara mükafatlar təqdim edilib

 

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Qaradağ Təlim-İdman Bazasının futbol meydançasında iki yaş qrupu arasında futbol üzrə "Sevinc" Kuboku uğrunda şəhər birinciliyi keçirilib. Yarışda Bakı şəhərinin 11 rayon komandası üzrə ümumilikdə  220 nəfər yeniyetmə futbolçu iştirak edib.

2002-2003-cü il təvəllüdlülər arasında yarimfinalda Xəzər rayon komandası Nəsimi rayon komandasını, Yasamal rayon komandası isə Qaradağ rayon komandasını məğlub ediblər. Birinciliyin qalibi "Xəzər" komandası olub. "Yasamal" və "Qaradağ" komandaları isə II, III yerləri bölüşüblər.

2000-2001-ci il təvəllüdlülər arasında keçirilən yarışda 1-ci yeri "Nərimanov", 2-ci yeri "Qaradağ", 3-cü yeri isə "Xəzər" komandaları tutublar. 

Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "Sevinc" Kuboku, xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlarla təltif ediliblər.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov