Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Avqust 2014 - №29

 

Beynəlxalq şahmat turnirinə yekun vurulub

 

 Gürcüstanın Poti şəhərində beynəlxalq qrossmeyster Nana Aleksandriyanın xatirəsinə həsr olunmuş "Nana Aleksandriya Kuboku 2014" turniri başa çatıb. Ölkəmizi bu beynəlxalq turnirdə müxtəlif yaş qruplarında 37 şahmatçı təmsil edib.

Azərbaycan  Şahmat Federasiyasından aldığımız məlumata görə, turnir "A" (əmsalı 2001-ci ildən yuxarı olanlar), "B" (əmsalı 2000-ci ildən az olanlar) qrupları və 12 yaşadək uşaqlar arasında keçirilib.  "A" qrupunda mübarizə aparan təmsilçilərimizdən Ülvi Bacarani 6.5 xalla 3-5-ci yerləri bölüşdürüb, əlavə göstəricilərə görə turniri 5-ci pillədə başa vurub. Vüqar Rəsulov isə 5.5 xalla 10-cu yerin sahibi olub.

"B" qrupunda Elnur Mehtiyev,Vüqar Manafov və Mustafa Məmmədov 5.5 xal toplayaraq 17-19-cu yerləri bölüşdürüblər.

10 yaşlı oğlanlar arasında Aydın Süleymanlı aktivinə 6 xal yazaraq 5-ci pillənin sahibi olub. Mehin Taba-Tabei 7.5 xalla eyni yaş qızlar arasında 2-ci yeri tutub.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov