Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Avqsut 2014 - №33

 

"Təmiz kənd" birinci mini-futbol turniri başa çatıb

 

Böyütmək üçün şəkili seçinAvqustun 23-də Ağsu rayonu Çiyni kənd stadionunda  yeniyetmələr arasında "Təmiz kənd" I mini-futbol turniri keçirilib. Turnirin açılış hissəsində MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli çıxış edərək "Təmiz kənd" layihəsi çərçivəsində monitorinq, təlim, futbol turniri,  iməcilik və kitab nəşri planlaşdırdıqlarını və layihənin uğurla nəzərdə tutulan mərhələnin sonuna yaxınlaşdığını qeyd edib.

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən bu layihəyə Ağsu Rayon İcra Hakimiyyəti, Ağsu şəhər, Gəgəli kənd, Çiyni kənd bələdiyyələri ilə yanaşı, "Az-Granata" şirə və şərab emalı müəssisəsi yaxından köməklik göstəriblər. Turnirdə "MİRAS", "ÜLGÜC", "ÇİYNİ" və "GƏGƏLİ" komandaları iştirak ediblər. Turnirin əsas məqsədi  gənclər arasında icma həmrəyliyini inkişaf etdirmək, eləcə də təmiz kənd mövzusunda gəncləri maarifləndirməkdir.  Daha sonra 3-cü yer uğrunda görüşdə "GƏGƏLİ" komandası "ÜLGÜC" komandasına 4:0 hesabı ilə qalib gəlib. Finalda "MİRAS" və "ÇİYNİ" komandaları qarşılaşıblar. "ÇİYNİ" komandası 8:2 hesabı ilə qalib gələrək turnirin birincisi olub.

Qaliblərin mükafatlandırılması mərasimində Ağsu Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Ruslan Cəfərov çıxış edərək qalibləri təbrik edib.  Kənd idmanının inkişafı üçün gələcəkdə də belə turnirlərin keçirilməsinin zəruriliyi  qeyd edilib.  "MİRAS", "ÜLGÜC" və "GƏGƏLİ" komandalarına plaketlər, "ÇİYNİ" komandasına  isə turnirin rəmzi kuboku təqdim edilib.

Qeyd etmək lazımdır ki, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2014-cü ilin mart ayından Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı" layihəsini həyata keçirir.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov