Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində
azsaylı xalqların uşaqlarından ibarət hazırlıq
siniflərində təhsil prosesinin təşkili və
tənzimlənməsini təmin etmək məqsədilə "Azərbaycan
Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin
8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikasının tədris Azərbaycan, rus və
gürcü dillərində aparılan ümumtəhsil məktəblərində
azsaylı xalqların uşaqları üçün təşkil edilən hazırlıq
siniflərinin 2014-2015-ci dərs ilinə aid tədris planı və
tədris planına dair "Qeydlər" təsdiq edilsin (1 və 2
nömrəli əlavələr).
2. Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov),
Tədris resursları şöbəsi (F.Şahbazlı) həmin tədris
planının vaxtında yerlərə çatdırılmasını təmin etsinlər.
3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavələrlə
birlikdə "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını
və Nazirliyin internet saytında yerləşdirilməsini təmin
etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova
həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
2 sentyabr 2014-cü il
Əlavələr:
Azsaylı
xalqların uşaqları üçün hazırlıq siniflərinin
2014-2015-ci dərs ilinə aid tədris planı
Tədris
planına dair qeydlər |